Kimya kafedrası 1972-ci ildən Qeyri-üzvi və fiziki kimya adı ilə ümumtəhsil kafedrası kimi fəaliyyət göstərir. Kafedranın təşkilində və formalaşmasında kimya elmləri namizədi professor İsmayıl Sadıqovun böyük xidməti olmuşdur. O, 1972-1974-cü illərdə kafedranın ilk müdiri olmuşdur. 1974-1986-cı illərdə kafedraya dosent Rəsul Cəlilov rəhbərlik etmişdir. 1985-ci ildə kafedranın bazası əsasında yeni, ixtisas yönümlü Elektrokimyəvi istehsalın texnologiyası kafedrası (kafedra müdiri dosent Şəmsəddin Novruzov) yaradılmışdır. Fiziki kimya fənninin tədrisi yeni yaranan kafedraya həvalə edildiyindən kafedra 1985-ci ildən Ümumi kimya, 1996-cı ildən isə Kimya kafedrası adlandırılmışdır. 1986-cı ildən 2004-cü ilə kimi kafedraya kimya elmləri doktoru professor Ramiz Sultanov rəhbərlik etmişdir. Universitetdə pedaqoji yönümlü yeni ixtisasların açılması ilə əlaqədar olaraq Kimya kafedrasının bazası əsasında 2001-ci ildə Ümumi və qeyri-üzvi kimya (kafedra müdiri dosent Rəşid Qəhrəmanov – 2001-2015, professor Muxtar Səmədov-2015-2017-ci illər), 2004-cü ildə Analitik kimya (kafedra müdiri dosent Hümbət Eminov), 2005-ci ildə isə Kimyanın tədrisi metodikası (kafedra müdiri dosent Ağaisa Əskərov) kafedraları yaradılmış və Universitet Elmi Şurasının qərarı ilə Kimya kafedrası 2004-cü ildə Üzvi və fiziki kimya kafedrası (kafedra müdiri dosent Musa Mustafayev – 2004-2017-ci illər) adlandırılmışdır.
2016/2017-ci tədris ilində Kimyanın tədrisi metodikası kafedrası Ümumi və qeyri-üzvi kimya kafedrasına birləşdirilmişdir. Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 29 mart 2017-ci il tarixli iclasının (protokol 06) qərarı ilə Ümumi və qeyri-üzvi kimya və Üzvi və fiziki kimya kafedraları birləşdirilmiş və Kimya və onun tədrisi metodikası (kafedra müdiri dosent Musa Mustafayev) kafedrası yaradılmışdır. Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 04.04.2024-cü il tarixli (protokol 06) iclasının qərarı ilə kafedranın adı dəyişdirilərək Kimya adlandırılmışdır. Hazırda kafedra müdiri dos. Musa Mustafayevdir.
Kimya kafedrasında 1 nəfər texnika elmləri doktoru professor, 12 nəfər kimya üzrə fəlsəfə doktoru dosent, 1 nəfər texnika üzrə fəlsəfə doktoru dosent, 1 nəfər kimya üzrə fəlsəfə doktoru baş müəllim, 1 nəfər kimya üzrə fəlsəfə doktoru müəllim, 3 nəfər baş müəllim, 4 nəfər tam ştat, 2 nəfər isə 0.5 ştat müəllim, 1 laboratoriya müdiri, 4 böyük laborant, 3 laborant fəaliyyət göstərir:
1. Mustafayev Musa Musa oğlu – kafedra müdiri, 0.5 ştat dosent
2. Abdullayev Elşad Tofiq oğlu - 0.5 ştat dosent
3. Səmədov Muxtar Məmməd oğlu - 0.5 ştat professor
4. Pirquliyeva Mətanət Səfər qızı - 0.5 ştat dosent
5. Əliyeva Aida Qəzənfər qızı – dosent
6. Əhmədov Vəliyəddin Nüsrət oğlu – dosent
7. Azadəliyeva Gülzar Nizam qızı – dosent
8. Məmmədova Aynur Alim qızı – dosent
9. İmanov Elmar Vaqif oğlu – dosent
10. Hətəmov Mətləb Murtuz oğlu – dosent
11. Məmmədov Ayaz Müzəffər oğlu – 0.5 ştat dosent
12. Məmmədli Səidə Bəxtiyar qızı – 0.5 ştat dosent
13. Məmmədova Aynurə Fəxrəddin qızı – 0.5 ştat dosent
14. Qarayevə Aunur Ramiz qızı– 0.5 ştat dosent
15. Abiyeva Arzu Yunus qızı – baş müəllim, k.f.d.
16. Cavadova Sadəgül Həsən qızı – baş müəllim
17. Şahgəldiyev Fizuli Xanəlioğlu – baş müəllim
18. Əhmədova Firuzə Famil qızı – baş müəllim
19. Mürşüdlü Nərmin Afiq qızı – müəllim, k.f.d.
20. Yusifli Fəridə Xaləddin qızı – müəllim
21. Rzaxanova Sevinc İsabala qızı – müəllim
22. Cavadova Samirə Nəsib qızı – müəllim
23. Mustafayeva Aynurə Cavanşir qızı – müəllim
24. Məhərrəmova Aida Saleh qızı – 0.5 ştat müəllim
25. Abuşova Ziyafət Bəhram qızı - 0.5 ştat müəllim
26. Mahmudova Rəhilə Əmirsultan qızı – laboratoriya müdiri
27. Əliyeva Səadət Gəray qızı – böyük laborant
28. Sadıqova Dilarə Ağayar qızı - böyük laborant
29. Xudiyeva Sevinc Sabir qızı - böyük laborant
30. İsmayılova Rayisə Mahir qızı – böyük laborant
31. Gülmalıyeva Afət Əhməd qızı – laborant
32. Həsənova Simnarə Sədrəddin qızı – laborant
33. Quliyeva Cəmilə Qabil qızı – laborant
Kafedrada elmlər doktoru proqramı üzrə 2 dissertant, fəlsəfə doktoru proqramı üzrə 2 dissertant və 42 magistrant elmi-tədqiqatlarla məşğul olur.
2024/2025-ci tədris ilindən başlayaraq kafedrada 050109-Kimya müəllimliyi ixtisası üzrə Azərbaycan bölməsi ilə yanaşı İngilis bölməsində kadr hazırlığına başlanmışdır.
Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslarda kafedra tərəfindən tədris edilən fənlər:
1. Analitik kimya (Azərbaycan və İngilis dillərində)
2. Analitik kimya və instrumental analiz
3. Bərk cisimlər kimyası
4. Biokimya
5. Elementüzvi birləşmələr kimyası
6. Elektrokimyanın əsasları
7. Ətraf aləmin kimyası
8. Fiziki kimya
9. Fiziki və analitik kimya
10. Fiziki-kolloid kimya
11. Fiziki tədqiqat metodları
12. Həyat fəaliyyətinin kimyəvi əsasları
13. Kimya
14. Kimyaya giriş (İngilis dilində)
15. Kimya fənni üzrə təhsil kurikulumunun əsasları (Azərbaycan və İngilis dillərində)
16. Kimya və biologiya fənləri üzrə təhsil kurikulumunun əsasları
17. Kimyanın didaktikası (Azərbaycan və İngilis dillərində)
18. Kimya texnologiyası
19. Kimyəvi termodinamikanın əsasları
20. Kolloid kimya
21. Kompleks birləşmələr kimyası
22. Kompozisiya materialları kimyası
23. Kristallokimya
24. Qeyri-üzvi kimya (Azərbaycan və İngilis dillərində)
25. Qeyri-üzvi kimyanın tədrisi metodikası
26. Qeyri-üzvi və üzvi kimyanın tədrisi metodikası
27. Qeyri-üzvi sintezin əsasları
28. Qida kimyası
29. Neft kimyası
30. Neft kimyası və neft-kimyəvi sintez
31. Ümumi kimya (Azərbaycan və İngilis dillərində)
32. Ümumi kimyanın tədrisi metodikası (Azərbaycan və İngilis dillərində)
33. Üzvi kimya
34. Üzvi kimya və ekoloji təhlükəsizlik
35. Yüksəkmolekullu birləşmələr (YMB) kimyası
36. Yaşıl kimya
37. Təbii birləşmələr kimyası
Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslarda kafedra tərəfindən tədris edilən fənlər:
7005008 – Kimya ixtisas qrupları üzrə
1. Aromatik və heterotsiklik birləşmələrin kimyası
2. Ayırma prosesləri
3. Biofiziki kimya
4. Biokimya və zərif üzvi sintez
5. Elementüzvi birləşmələrin kimyası
6. Elektrokimyəvi analiz və sintez
7. Əczaçılıq və dərman kimyası
8. Ərintilərin elektrokimyası
9. Faza tarazlığının termodinamikası
10. Fiziki kimyanın nəzəri əsasları
11. Karbohidratlar kimyası
12. Kataliz
13. Kompüter əsaslı üzvi kimya
14. Kimyanın müasir problemləri
15. Kimyanln tarixi və metodologiyası
16. Kimyəvi kinetika
17. Kimyəvi tarazlıq
18. Neft və qazın kompleks emalının elmi əsasları
19. Neft və qaz emalı proseslərinin layihələndirilməsi
20. Neft və qaz emalı proseslərinin termodinamikası
21. Neft məhsullarının təmizlənməsi
22. Neft və qaz əsasında texniki əhəmiyyətli maddələrin sintezi
23. Neft və qaz emalı sənayesinin ekoloji problemləri
24. Üzvi kimyanın nəzəri əsasları
25. Üzvi birləşmələrin stereokimyası və konformasiyası
26. Üzvi maddələrin elektrokimyəvi sintezi
27. Təbii üzvi birləşmələrin kimyası və biotexnologiyanın əsasları
28. Tədqiqat metodları
29. Termokimya və kalorimetriya
7001001 – Pedaqogika ixtisası, Kimyanın tədrisi ixtisaslaşması üzrə
1. Kimya kabinəsi və laboratoriyanın təşkili
2. Kimya tədrisində oyunlaşdırma və motivasiya texnologiyaları
3. Kimyanın tədrisi metodikasının müasir problemləri
4. Kimyanın tədrisi metodikasının tarixi və metodologiyası
5. Kimyanın tədrisində ölçmə və qiymətləndirmə
6. Kimyanın tədrisində anlayışlar və strategiyalar
7. Kimyadan seçilmiş mövzuların tədrisi metodikası
8. Kimya dərslərində eksperimentlərin təşkili və metodikası
9. Yaşıl kimya və dayanıqlılıq
10. Təbiət və kimya fənn kurikulumlarının elmi-nəzəri əsasları
Kafedranın elmi istiqamətləri aşağıdakılardır:
- 2306.01 - Üzvi kimya.
- 2314.01-Neft kimyası.
Problem: Müxtəlif funksional qruplar saxlayan üzvi və silisiumüzvi birləşmələrin sintezi və xassələrinin tədqiqi.
Mövzu: 1. İon-maye katalizatorlarının iştirakı ilə çoxəvəzli imidazol törəmələrinin sintezi, quruluşları ilə aktivlikləri arasında əlaqənin tədqiqi, bioloji, katalitik və ekoloji tətbiqlərinin kompleks öyrənilməsi.
2. Silisiumüzvi mono- və dinitrillərin sintezi və xassələrinin tədqiqi.
Kafedranın əsas elmi nəticələri:
Kafedra əməkdaşları tərəfindən son 5 ildə 2 monoqrafiya, 5 dərslik, 3 dərs vəsaiti, 35-i Q1-Q4 kvartilli nüfuzlu elmi jurnallarda olmaqla 70 elmi məqalə, 24-ü xarici ölkələrdə olmaqla 55 Beynəlxalq və 42 respublika konfranslarının məruzə tezisləri çap olunmuş, 3 ixtiraya patent alınmışdır.
Kafedra üzrə son 5 ildə 40 fənn proqramı, o cümlədən, 15 fənn proqramı Elm və Təhsil Nazirliyinin qrifi ilə, 25 fənn proqramı Universitet Elmi Şurasının qrifi ilə çap olunmuşdur.
Kimya kafedrasının əməkdaşlarının Baki Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, ARETN-in Polimer Materialları, Aşqarlar Kimyası, Neft Kimya Prosesləri, Kataliz və Qeyri-üzvi kimya İnstitutları, Tbilisi Dövlət Universiteti, Rusiya EA-nın Zelinski adına Moskva Üzvi Kimya İnstitutu, Riqa Üzvi Sintez İnstitutu, Ufa Dövlət Neft Texniki Universiteti, Perm Tədqiqat Texniki Universiteti, Pskov Dövlət Universiteti, Rusiya Kimya-texnologiya Universiteti, Rusiya EA-nın Sibir bölməsinin İrkutsk Kimya İnstitutu ilə elmi əlaqələri vardır.
Kafedra əməkdaşlarından 2 nəfəri Əməkdar müəllim fəxri adı ilə, 2 nəfəri Tərəqqi medalı ilə, 4 nəfəri isə Azərbaycan Respublikasının Qabaqcıl təhsil işçisi döş nişanı ilə təltif olunmuşdur.