Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrası 2001-ci ildə yaradılmış və 29.03.2017-ci il tarixinədək Tibbi hazırlıq və mülki müdafiə kafedrası adı altında fəaliyyət göstərmişdir. 29.03.2017-ci ildə kafedranın adı dəyişdirilərək Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrası adlandırılmışdır. Kafedraya 2001-2006-cı illərdə baş müəllim T.A.Xəlilov, 2006-2008-ci illərdə dosent N.Sultanova rəhbərlik etmişdir. 2008-ci ildən kafedraya baş müəllim Tahir Xəlilov rəhbərlik edir.
Mülki müdafiə, tibbi və fiziki hazırlıq kafedrasında 8 nəfər baş müəllim və 1 laborant fəaliyyət göstərir:
1. Xəlilov Tahir Abuzər oğlu - kaf. müdiri, b.m.
2. Verdiyeva Qumru Muradxan qızı - b.m.
3. Şammədova İlhamə Hüseynağa qızı -b.m.
4. Əliyev Polad Şövkət oğlu - b.m.
5. Ələkbərov Sabir Durar oğlu - b.m.
6. Ələkbərli Gülnarə Yaşar qızı - b.m.
7. Hacıyev Tapdıq Bəniqa oğlu - b.m.
8. Məmmədov İlham Yusif oğlu - b.m.
9. Qasımova Səidə Tahir qızı - laborant
Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisaslarda kafedra tərəfindən tədris olunan fənlər:
1. Atletikanın nəzəriyyəsi və tədrisi metodikası
2. Azərbaycan hərb sənayesi
3. Azərbaycan hərb tarixi
4. Bədən tərbiyəsi və idman tarixi
5. Fiziki tərbiyənin nəzəriyyəsi və tədrisi metodikası
6. Fiziki tərbiyənin təşkili və idarə olunması
7. Gənclərin çağırışaqədər hazırlığının nəzəriyyəsi və tədrisi metodikası
8. Güləş
9. Hərb işinin əsasları
10. Hərbi idman oyunları
11. Hərbi qanunvericiliyin əsasları
12. Hərbi topoqrafiya
13. Hərbi vətənpərvərlik tərbiyəsi
14. İbtidai siniflərdə fiziki tərbiyə və OTM
15. İdman nəzəriyyəsi
16. İdman oyunlarının nəzəriyyəsi və onun tədrisi metodikası
17. Məktəbəqədər təhsil müəssisələrində fiziki mədəniyyət
18. Mülki müdafiə (bütün qeyri pedoqoji yönümlü ixtisaslarda tədris olunur)
19. Mülki müdafiə və ilkin tibbi yardım (bütün pedoqoji yönümlü ixtisaslarda tədris olunur)
20. Orduda fiziki hazırlığın əsasları
21. Sıra hazırlığı
22. Şahmat
23. Taktiki hazırlıq
24. Ümumi fiziki hazırlıq
Kafedranın tədris-metodiki və elmi fəaliyyəti:
Kafedra əməkdaşları tərəfindən son 5 ildə 46 məqalə, o cümlədən 11 elmi məqalə, 3 tezis xarici ölkələrin nüfuzlu jurnallarında çap olunmuşdur. Kafedra üzrə son 5 ildə 18 fənn proqramı, o cümlədən, 9 fənn proqramı Elm və Təhsil Nazirliyinin qrifi ilə, 9 fənn proqramı Universitet Elmi Şurasının qrifi ilə çap olunmuş, 4 dərs vəsaiti və 1 metodik vəsait, 100-dən çox sillabus hazırlanmışdır. Kafedra əməkdaşlarının ADPU, AzTU, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti ilə əlaqəsi vardır. Kafedra əməkdaşlarından 3 nəfəri 2022-ci ilin noyabr ayında Sumqayıt Dövlət Universitetinin 60 illiyi münasibəti ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərmanı” na layiq görülmüşlər. Digər bir əməkdaş isə 2022-ci ilin oktyabr ayında səmərəli elmi-pedaqoji fəaliyyətinə görə 5oktyabr “Beynəlxalq müəllimlər günü” münasibətilə universitet rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunmuşdur.