Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Fizika
Fizika kafedrası 1976-cı ildə Ali riyaziyyat və fizika kafedrası əsasında yaranmış, 1990-cı ilə kimi bu kafedraya prof. E.M.Qocayev, 1990-1996-cı illərdə dos. E.H.Məmmədov, 1996-2001-ci illərdə isə prof. M.M.Zərbəliyev rəhbərlik etmişdir.Fizika kafedrasının bazasında 2002-ci ildə Ümumi fizika və Nəzəri fizika kafedraları, 2004-cü ildə isə bu kafedraların bazasında Bərk cisim elektronikası və Yarımkeciricilər fizikası kafedraları yaradılmışdır. 2014-cü ildə Bərk cisim elektronikası kafedrasının adı dəyişdirilərək Bərk cisimlər fizikası kafedrası adlandırılmışdır. Bərk cisimlər fizikası kafedrasına dos.R.M.İsmayılov, Yarımkeçiricilər fizikası kafedrasına prof. M.M.Zərbəliyev rəhbərlik etmişdir. 30.03.2017-ci ildə hər iki kafedra birləşdirilrək Bərk cisim və yarımkeçiricilər fizikası kafedrası adlandırılmışdır. Fizika və onun tədris metodikası kafedrası isə 2006-cı ildə Fizika və riyaziyyatın tədris metodikası kafedrasının bazasında yaradılmışdır. Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 15.07.2009-cu il tarixli qərarına əsasən Fizika və riyaziyyatın tədris metodikası kafedrası iki müstəqil kafedraya: Fizikanın tədris metodikası və Riyaziyyatın tədris metodikası kafedralarına ayrılmışdır. Sumqayıt Dövlət Universitetinin Elmi Şurasının 30.03.2017-ci il tarixli qərarına əsasən Ümumi fizika və Fizikanın tədris metodikası kafedraları birləşərək onların bazasında Fizika və onun tədris metodikası kafedrası yarandı. 2014-cü ildən kafedraya dosent Fuad Əziz oğlu Məmmədov rəhbərlik etmişdir. 01.05.2024 –cü ildən Bərk cisim və yarımkeçiricilər fizikası kafedrası və Fizika və onun tədris metodikası kafedraları ləğv edilərək, onların bazasında Fizika kafedrası yaradılmış, kafedra müdiri vəzifəsi Quliyeva Gülnarə Hüseyn qızına həvalə olunmuşdur.

Fizika kafedrasında 1 professor, 11 dosent, 1 baş müəllim, 8 assistent, 10 tədris - köməkçi heyət fəaliyyət göstərir:

Quliyeva Gülnarə Hüseyn qızı f.ü.f.d, kafedra müdiri 0,5 ştat dosent
Cabbarov Rasim Baba oğlu, f.r.e.d, 0.5 ştat professor
Bayramov Coşqun Cümşüd oğlu, f.r.e.n, dosent
Məmmədov Fuad Əziz oğlu, f.ü.f.d, dosent
Sərdarova Nailə Söhrab qızı, f.r.e.n, dosent
Orucov Samir Kamal oğlu, f.r.e.n, 0,5 ştat dosent
İsmayılov Ramiz Məzahir oğlu, f.r.e.n, dosent
Lətifova Sevil Seyfulla qızı, f.r.e.n, dosent
Sadıqova Sara Rəşid qızı, f.r.e.n, dosent
Həşimova Aynur İxtiyar qızı, f.ü.f.d, dosent
Hüseynova Kəmalə Müsəllim qızı, f.ü.f.d, dosent
Kazımov Mobil Vahab oğlu, f.ü.f.d, 0.5 ştat dosent
Səlimova Vəfa Vəli qızı, baş müəllim
Quliyeva Kifayət Əjdər qızı, müəllim
Mustafayeva Ülviyyə Mustafa qızı, müəllim
Şahsıvarova Qərənfil Əbdül qızı, müəllim
Ələsgərova Dürdanə Murtuza qızı, müəllim
Tarverdiyeva Vəfa Alim qızı, müəllim
Soltanova Elanə Süleyman qızı, müəllim
Ağacanlı Əli Xudaverdi oğlu, müəllim
Səfərov Rəşid Yunis oğlu müəllim
Ötərxanova Güllü Nizami qızı, laboratoriya müdiri
Məmmədova Aybəniz Səməndər qızı, laboratoriya müdiri
Xəlilova Rübabə Cavanşir qızı, böyük laborant
Abdulova İzzət Nəcməddin qızı, böyük laborant
Heydərova Gülmirə Əkbər qızı, böyük laborant
Ayvazova Zəminə Nuru,böyük laborant
Babayeva Aynur Ənvər qızı, laborant
Qurbanəliyeva Ülviyyə Qəhəd qızı, laborant
İbrahimova Afət Bayram qızı, laborant
Ağamalıyeva Mədinə Rafiq qızı, laborant
Eyni zamanada 7 tədris laboratoriyası fəyaliyyət göstərir.

Mexanika və molekulyar fizika -1
Mexanika və molekulyar fizika -2
Elektrik və maqnetizm
Optika - 1
Optika - 2
Yarımkeçiricilər fizikası
Elektronika
Kafedrada elmlər doktoru proqeamı üzrə 1 dissertant, fəlsəfə doktoru proqramı üzrə 1 dissertant, 44 magistrant elmi-tədqiqatla məşğul olur.

Ali təhsilin bakalavr səviyyəsi üzrə fizika və fizika müəllimliyi ixtisaslarında kafedra tərəfindən tədris olunan fənnlər:

Mexanika
Mexanika və nisbilik nəzəriyyəsi
Molekulyar fizika
Elektrik və maqnetizm
Optika
Atom fizikası
Nüvə fizikası
Klassik mexanika
Elektrodinamika
Kvant mexanikası
Termodinamika və statistik fizika
Statistik fizika
Çoxelektronlu sistemlərin kvant nəzəriyyəsi
Astrofizika
Kondensə olunmuş mühit fizikası
Məktəb fizika eksperimenti
Fizikada əsas anlayışlar və onların tədrisi
Fizika fənninin kurikulumu
Fizikanın tədrisi metodikası
Tətbiqi fizika
Astranomiya
Yarımkeçiricilər fizikası
Bioloji sistemlər fizikası
Radiofizika
Ümumi spektroskopiya
Elementar zərrəciklər fizikası
Məktəb fizika kursunda məsələ həlli
Fizikada olimpiyada tipli məsələlərin həlli
Maddə quruluşu
Kvant fizikası
Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisaslarda kafedra tərəfindən tədris olunan fənnlər:

7005005-Fizika ixtisasları qrupunda

Termoelektrik hadisələr
İstilik texnikası və texniki termodinamika
Rəqslər və dalğalar
Termoelektrik soyuducuları
İstilik parametrlərinin nəzəri əsasları
Yarımkeçirici materialların alınması və monokistalların yetişdirilmə texnologiyası
Molekulun kvant nəzəriyyəsi
Maye və qaz dinamikası
Kondensə olunmuş hal fizikası .
Aşağı temperaturlar fizikası
Kvant statistikası və termodinamik sistemlərdə statistik mexanika
Yarımkeçiricilərdə kinetik hadisələr və elektron prosesləri
Dielektriklər və onların tətbiqi
Yarımkeçiricilərin istilik və elastiki xassələri
Yarımkeçirici cihazlar
Dielektrik və yarımkeçirici cihaz texnologiyaları
Yarımkeçiricilərdə qalvonomaqnit və termomaqnit hadisələr
Bərk cisim elektronikasının fiziki əsasları
Optoelektronika və fotonika
Dielektrik materialların elektrik və optik xassələri
7001001-Pedoqoqika ixtisası qrupunda

Fizikanın tədrisi

Təbiət və fizika fənn kurikulumlarının elmi-nəzəri əsasları
Pedaqoji psixologiya və təhsil fəlsəfəsi
Fizikanın tədrisində anlayışlar və strategiyalar
Fizikanın tədrisində təcrübə dizaynı
Fizikanın tədrisində ölçmə və qiymətləndirmə
Fizikadan seçilmiş mövzuların tədrisi metodikası
Fizikanın tədrisində rəqəmsal texnologiyalar və İKT
STEAM yanaşması ilə fizikanın inteqrativ tədrisi
Fizikanın tədrisində xüsusi məsələ həlli
Sinifin idarə olunması
Enerji resursları və dayanaqlılıq
Layihə əsaslı öyrənmə
Kafedra üzrə 18 dərslik, 6 metodik vəsait, 400-dən çox elmi məqalə və tezis, 70 fənn proqramı nəşr olunmuşdur.

Kafedrada aparılan elmi tədqiqat işləri çoxşaxəlidir.

qəfəsi əsasında yüksək keyfiyyətli üçqat birləşmələr və onların əsasında yarımkeçirici monokristalın alınması, tətbiq sahələrini araşdırmaq.
Kleyn-Fok-Qordon tənliyinin müxtəlif potensiallar üçün analitik həlli
Fasiləsiz təhsil sistemində yaradıcı düşüncənin inkişaf etdirilməsində innovativ yanaşmanın rolu.
Əlaqələri : Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Fizika İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteri, Azərbaycan Texniki Universiteti, Azərbaycan Pedaqoji Universiteti, Xəzər Universiteti, Azərbaycan Metrologiya İnstitutu

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az